AZ

“Instagram”da yeni funksiya işə düşüb

 

a4a7a22710acfeb91662b145afbc2773.png
07.05.2024 16:40

“Instagram” sosial şəbəkəsində yeni “Reveal” funksiyası işə düşüb ki, onun sayəsində istifadəçilər “gizli” hekayələr yarada biləcəklər. Gizli hekayələrə baxmaq üçün istifadəçilər müəllifdən icazə almalı olacaqlar.

 

Gizli “Stories” yaratmaq üçün proqramın yuxarısındakı stiker işarəsinə klikləmək və “Reveal” funksiyasını seçmək lazımdır. Müəllif hekayələri məxfi etdikdə, onlar bütün istifadəçilər üçün bulanıqlaşacaq. Şirkət hesab edir ki, yeni funksiya dostlarla söhbətə başlamaq üçün bir səbəb olacaq.

 

Həmçinin tətbiqə “Hekayələr üçün öz musiqini əlavə et” funksiyası inteqrasiya edilib. Onun köməyi ilə istifadəçilər hekayələrə müsiqi əlavə edə bilərlər. Digər yeniliklərdən biri “Çərçivə” funksiyasıdır, hansı ki hekayələrinizi polaroiddə çəkilmiş kimi görünən şəkillərə çevirir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox